Binəqədi rayonunda Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyi tərəfindən “Bərabərlik və informasiya texnologiyaları”na həsr olunmuş “2nd University Session” keçirildi
28 mart 2017 | 11:00
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyi tərəfindən günümüzün aktual mövzularından olan “Bərabərlik və informasiya texnologiyaları”na həsr olunmuş “2nd University Session” (2-ci Universitet Sessiyası) keçirildi.
Sessiyanın baş təşkilatçıları ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin üçüncü kurs tələbəsi Elvin Hacıyev və İnformasiya texnologiyaları fakültəsinin üçüncü kurs tələbəsi Rasim Xankişiyevdir. Ümumilikdə, sessiyada Fransa, İsveçrə, Polşa və Gürcüstandan olmaqla 150 nəfərdən çox gənc iştirak etmiş, onlar müəyyən edilmiş mövzular üzrə diskussiya aparmış, fikir və təcrübələrini paylaşmışlar.