Şriftin ölçüsü :

Saytın rəngi :

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirildi

28 mart 2017 | 11:00

Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir. Konqresin plenar iclasında Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak edir.
Məlumat üçün bildiririk ki, sessiya öz işinə başlamazdan öncə ilk olaraq 27 mart tarixində Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirildi. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak etmişlər. 32-ci sessiyanın birinci günündə, 28 mart tarixində Konqresin plenar iclası baş tutdu. İclası Konqresin prezidenti Qudrun Mosler-Ternstrem açaraq gündəlik məsələləri səsləndirdi.
Sessiyanın gündəliyində duran məsələlər - Konqresin 2018-2019-cu illərə dair büdcənin təsdiqi və resurların müəyyənləşdirilməsi mövzusu ətrafında Fransa Respublikasının və Rusiya Federasiyasının nümayəndələri çıxış etdilər. Daha sonra Avropa Şurasının baş katibi Turbyorn Yaqland bəyanatla çıxış edərək ona ünvanlanan suallara cavab verdi.
Plenar iclasdan sonra Qaraçay-Çerkesiya Respublikası günlərinə həsr olunmuş tədbirlərə start verildi.

Keçidlər