Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “2017- İslam Həmrəyliyi ili” çərçivəsində növbəti tədbir keçirildi.

29 mart 2017 | 11:00

Martın 29-da Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul nümayəndələri iştirak etdilər.
Rəsmi hissə başlamazdan öncə məktəbin direktoru Natəvan Əsədova tədbirin mahiyyəti barədə məlumat verdikdən sonra qonaqları auditoriyaya təqdim etdi. Daha sonra məktəblilərə DQİDK-nin istehsal etdiyi “Fitnə” filmi nümayiş etdirildi.
Film nümayişindən sonra söz qonaqlara verildi.
“Dünyəvi dövlətdə İslam və milli-mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev və baş məsləhətçisi Samir Yoldaşov, eləcə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Rövşən Əliyev öz nitqlərində məktəblilərlə dövlət-din münasibətləri, radikalizm və ekstremizmə qarşı gənclərin rolu, milli-mənəvi dəyərlərin təbliği, Azərbaycançılıq məfkurəsi və s. bu kimi mövzularda söhbətlər apardılar.
Tədbirin sonunda nümayiş olunan “Fitnə” filmi ilə bağlı məktəblilərin təəssüratları, bilməli olduqları məqamlar və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.

Keçidlər