16 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
16 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Fərman Məlikov adına parkda su borusunun təmir olunmasından sonra yerin qazon örtüyünün bərpa olunması, Fərman Məlikov küçəsi 4 saylı binanın və Ş.Məmmədova bina 15, mənzil 33 ünvanında kanalizasiya xəttinin təmizlənməsi, Ş.Məmmədova 15 saylı binanın arxa hissəsində avtoparklanma yerinin salınması, Dərnəgül metrosu ətrafında sahibsiz itlərin yığışdırılması, Azadlıq prospekti 184/24 saylı binanın zirzəmisinə axan kanalizasiya sularının çəkilməsi və boruların təmir edilməsi, 151 saylı bağçanın qarşısından gedən yol istiqamətində yerləşən işıq dirəklərində lampaların yanmaması, vətəndaşın işlə təmin olunması, A.Kunanbayev 9/25 saylı binanın arxasında qurumuş ağacların budanması, 7-ci mikrorayon, 16 saylı binanın arxa hissəsində ağacların suvarılması üçün şərait yaradılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.