Şriftin ölçüsü :

Saytın rəngi :

16 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi

17 may 2024 | 12:10

16 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xocəsən qəsəbəsi “Avtovağzal” metro stansiyasının qarşısında sıradan çıxmış asfalt örtüyünün bərpası, təmizlik işlərinin aparılması, həmin ərazidən sahibsiz heyvanların yığışdırılması və avtomobillərin parklanmasının qarşısının alınması, Çaylı küçəsindən (döngə 2) sahibsiz heyvanların kənarlaşdırılması, Bakı-Şamaxı yolunda yerləşən piyada zolaqlarını bildirən işıqlı nişanın qoyulması, sahibkarlıq obyektinin (“Murad” şadlıq sarayı) sənədləşdirilməsinə köməklik göstərilməsi, Çingizxan küçəsində yerləşən poçtun yaxınlığıdakı açıq kanalın tullantılardan təmizlənməsi, Xocəsən yaşayış massivində (şəhid və qazi ailələrinin yaşadığı şəhərcik) dayanacağın işıqlandırılması və həmin ərazidə uşaqlar üçün atraksionların yerləşdirilməsi, qəsəbə ərazisində ünvan lövhələrinin yerləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər