16 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi
16 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xırman küçəsində kanalizasiya xəttinin təmiri məqsədilə qazılmış asfalt örtüyünün bərpası bitdikdən sonra tullantıların götürülməsi, Asəf Zeynallı küçəsi 31 saylı binanın qarşısında söhbətgahın təmir olunması, Mehdi Hüseynzadə küçəsində nəqliyyatın hərəkətinə maneəçilik törədən dirəklərin ləğv edilməsi, Xanlar küçəsində kanalizasiya xəttinin yuyulması, Davud Qurbanov küçəsində yerləşən işıq dirəklərində yanmayan lampaların dəyişdirilməsi, 91 və 92 saylı avtobus xəttlərinin intervalının yaxşılaşdırılması və yeni avtobuslarla əvəz olunması, Rəşid İsmayılov küçəsi 1A ünvanında irihəcimli tikinti qalıqlarının götürülməsi, Asəf Zeynallı küçəsi ev 38 ünvanında küçə işıqlarının bərpası, Şəhid Qəfərli Amin küçəsində asfaltlanma işlərinin tamamlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.