16 sentyabr 2022-ci il tarixində I Qarabağ müharibəsi şəhidi Teymur Mansur oğlu Yaqubovun doğum günündə əziz xatirəsi anıldı.
Anım mərasimində şəhidin ailəsi, Binəqədi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhid Teymur Yaqubovun əziz xatirəsinə qoyulmuş barelyefin qarşısına gül dəstələri düzülmüşdür. Ziyarət zamanı Binəqədi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq məhz Teymur Yaqubov kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi Qələbədə böyük mənəvi rolu olduğunu qeyd etdi.
Şəhidin anası və ailə üzvləri şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildirdilər.