Şriftin ölçüsü :

Saytın rəngi :

16 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi

18 yanvar 2024 | 11:09

16 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqdi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.  Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 43 saylı avtobus xəttinin C.Cabbarlı küçəsindən keçməsi, İ.Hacıyev küçəsinə küçə işıqlarının çəkilməsi, İ.Hacıyev küçəsi 29 saylı evin qarşısında bir ədəd qurumuş ağacın götürülməsi və bir ədəd ağacın budanması, 8 Mart küçəsi, 45 saylı evin qarşısındakı tut ağacının budanması, 22-ci Dağlıq küçəsində qazın təzyiqinin aşağı olması, 22-ci Dağlıq küçəsində ağacın budanması, 8 Mart küçəsində yerləşən “Ramin” marketə milliön aparatının quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər