Binəqədi gənclərinin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olundu.
31 “Mart-azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar 30 mart 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyalar təşkil olundu.
Ekskursiyada Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Pərvanə Gözəlova, bələdiyyənin ərazisində yerləşən 103, 217 və 313 №-li tam orta məktəbin şagirdləri, Binəqədi rayon Gənclər və İdman İdarəsində təcrübə keçən 18 nömrəli Bakı Peşə Liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak etmişlər.
Qeyd edək ki, muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla 320 m2 sahədə yerləşib. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Burada həmçinin qətlə yetirilmiş ailələrin, o cümlədən qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.
Ziyarətçilər muzeylə tanış olduqdan sonra akt zalında xalqımıza qarşı törədilmiş soyqırımdan bəhs edən videoçarxa baxdılar.