Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi bələdiyyəsində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar görüş keçirildi

30 mart 2017 | 11:00

30 mart 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar Binəqədi rayonu Binəqədi bələdiyyəsində oldular.
Bələdiyyənin əməkdaşları ilə keçirilən görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi siyasətdən bəhs edilmiş, Strateji Yol Xəritələri  və digər strateji əhəmiyyətli sənədlərin icrası və qeyri neft sektrounun inkişaf etdirilməsi ilə əlaqədar görülməkdə olan işlər barədə ətraflı məlumat verildi.
Eyni zamanda görüşdə Rayon İcra Hakimiyyəti başçısının Şura iclaslarında və digər müşavirələrdə səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlarla əlaqədar bələdiyyə əməkdaşlarına məlumat verildi, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və başqa məsələlər barədə metodik tövsiyələr verildi.
Həmçinin görüşdə 9 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin olunması, bələdiyyə tərəfindən biznes layihələrin hazırlanması və həyata keçirilməsi və digər məsələlər barədə tövsiyələr verildi.

Keçidlər