Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Müslüm Maqomayev adına 26 №-li onbirillik Uşaq Musiqi Məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi

31 mart 2017 | 11:00

Martın 31-də Binəqədi rayonu Müslüm Maqomayev adına 26 №-li onbirillik Uşaq Musiqi Məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Müslüm Maqomayev adına 26 №-li  onbirillik Uşaq Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva və musiqi məktəbinin kollektivi iştirak etdi.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verdi. Bildirdi ki, iki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl soyqırımı və təcavüz siyasəti aparılır. Ermənilərin ölkəmizə qarşı mənəvi, ideoloji tərəfdən basqınları, mənfur planları bu günədək davam edir. Natiq  qeyd etdi ki, 31 Mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır.
Sonra 26 №-li onbirillik Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş ədəbi-bədii musiqili kompozisiya təqdim olunub. Tədbir Emin Sabitoğlunun "Azərbaycan" mahnısı ilə yekunlaşıb. 

Keçidlər