Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2017-ci ilin mart ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat

03 aprel 2017 | 11:00

  Əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə 2017-ci ilin mart ayı ərzində Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən rayonun müxtəlif ərazilərində 120 p/m su xətti quraşdırılıb və təmir olunub, 273 ünvanda su və 412 ünvanda kanalizasiya xətlərində qəzaların qarşısı alınıb,   3590 p/m kanalizasiya xətti təmizlənib. 5 ədəd müxtəlif ölçülü siyirtmələr dəyişdirilib və təmir olunub.
Binəqədi Texniki İstismar Xidmətinin əməkdaşlarının iştirakı ilə qəza bərpa xidməti tərəfindən 20 açıq tipli sızma aradan qaldırılıb, 33 istifadə olunmayan yararsız qoşulma nöqtəsi ləğv edilib, 727 ədəd mexaniki sayğac smart-kart tipli qaz sayğacı ilə əvəz edilib.
     “Azəriqaz” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi tərəfindən Binəqədi rayonu Texniki İstismar Xidmətinin ərazisində - Mehdiabad yolunda 1 ədəd 300 m/saat, Dərnəgül yaşayış sahəsi, Yusifzadə küçəsində 1 ədəd 300 m3/saat, 7-ci mikrorayon, 3126-cı məhəllədə 1 ədəd 700 m3/saat, Xutor yaşayış massivi Səma şadlıq evinin yanında 1 ədəd 300 m3/saat şkaf tipli qaz tənzimləyici məntəqələr quraşdırılıb.
         Binəqədi şosesində PE 315 mm-lik L-215 p/m uzunluqda qaz xətti çəkilib.
       “Azəristiliktəchizat” ASC- nin 3, 15 və 20 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən 356 yaşayış binası, 10 təhsil müəssisəsi, 7 səhiyyə obyekti, 8 uşaq bağçası və 22 digər təşkilatlar istiliklə təmin olunur. İstilik sistemləri istismar sahələrinin ərazilərində olan bütün qazanxanalar işlək vəziyyətdədir və əhalinin istiliklə normal təmin olunması üçün lazım olan zəruri tədbirlər görülür. Azəristiliktəchizat" ASC-nin Binəqədi rayon 3 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən Ə.Ağayev 124 saylı yaşayış binasının məhəllədaxili istilik xəttində d-159 mm olan 8 m, H.Babaşov 19 saylı yaşayış binasının məhəllədaxili istilik xəttində d-102 mm olan 8 m, M.Cəlal 127 saylı yaşayış binasının məhəllədaxili istilik xəttində d-159 mm olan 7 m polad boru və M.Cəlal 131 saylı yaşayış binasının aşağı paylama istilik xəttində d–75 mm olan 2 m, M.Cəlal 115 saylı yaşayış binasının aşağı paylama istilik xəttində d–50 mm olan 5 m, M.Cəlal 47 saylı yaşayış binasının aşağı paylama istilik xəttində d–40 mm olan 2 m və d-32 mm olan 2 m PVC boru dəyişdirilib. Binaların zirzəmisində 20, 32 və 75 mm-lik pvc ventillər yeniləri ilə əvəz olunub.Biləcəri qəsəbəsində yerləşən 20 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən xidməti ərazidə yerləşən 316 saylı qazanxanada 1 ədəd şəbəkə nasosu və 1 ədəd mühərrik təmir edilib.Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 9-cu mikrorayonda yarımcıq binanın ətrafında məskunlaşan əhalinin evinə yeni “SİP” xəttləri çəkilib, 150 ailənin mənzilinə yeni sayğaclar quraşdırılması istiqamətində işlər aparılır.Rəsulzadə qəsəbəsi və Z.Qəmbərov 3 saylı binada yenidənqurma işləri aparılır, 81 ailənin yaşadığı mənzillərə sayğaclar quraşdırılıb, binanın paylayıcı şiti yenisi ilə əvəz olunub.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində qazıntı işləri aparılır, 6 kV-luq hava xəttinin bir hissəsi yerə salınır.Biləcəri Enerji Təchizatı və Satışı Sahəsi tərəfindən TM-843-dən qidalanan bağçada və onun ətrafında məskunlaşan 50 məcburi köçkün ailəsinin yaşadığı mənzillərə sayğac quraşdırılıb, Evtikmə Kombinatı 4-dən qidalanan hava xətlərində təmir işləri aparılıb, KTM-lərdə zədələnmiş “SİP” dayağı yenisi ilə əvəz olunub, KTM 45-də 0,4 kV kabelin zədəsi aradan qaldırılaraq mufta qoyulub, bundan əlavə olaraq 92 məcburi köçkün ailəsinin yaşadıqları evlərə sayğaclar quraşdırılıb.Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi Binəqədi Texniki İstismar rayonu tərəfindən mikrorayonlar və Biləcəri qəsəbəsində 78 ədəd lampa və 50 metr kabel dəyişdirilib.
      Binəqədi rayonu Yaşıllaşdırma İdarəsi tərəfindən rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib və suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilib.Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2017-ci ilin mart ayında məhəllələrin abadlaşdırılması, mənzillərin yumşaq dam örtüklərinin, yaşayış binalarının girişlərinin əsaslı təmiri işləri üçün hazırlıq davam etdirilib. A.Məmmədov küçəsi 55 saylı, 16 mərtəbəli binanın elementlərinin əsaslı təmiri işlərinə hazırlıqlar başlanılıb.Ərazidə tutumu 1000 litr olan 978 konteynerdən təmirə ehtiyacı olan 95 ədədinin təkəri yenisi ilə əvəz edilib.Xidməti ərazidə əvvəlcədən planlaşdırılan 36 binanın və xüsusi olaraq, sakinlərin müraciəti əsasında əlavə olaraq 13 binanın zirzəmisində sanitar təmizlik və dezinfeksiya işləri aparılıb.6, 7, 8, 9-cu mikrorayonda məhəllədaxili işıq xətləri və dirəklərində cari təmir işləri aparılıb. Bu məqsədlə ümumilikdə 112 ədəd lampa dəyişdirilib.7-ci mikrorayon ərazisində 3 saylı binanın qarşısında olan günlüklər təmir edilib.6, 7, 8, 9-cu mikrorayonlarda yerləşən binaların 40 girişində 25 şkaf sökülərək, pilləkənlərdə sakinlərin sərbəst hərəkətləri təmin edilib.6, 8, 9-cu mikrorayonlarda ay ərzində 20 lift cari təmir edilib.Xidməti ərazidə yerləşən yaşayış evlərinin zirzəmilərində 105 p/m kanalizasiya xətti, 32 p/m su xətti dəyişdirilib.Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbir kimi ay ərzində 214 mənzildə tüstü və hava kanalları təmizlənib.Bundan əlavə olaraq, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair layihələrə müvafiq nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ərazilərində gün ərzində təmizlik işləri aparılır, o cümlədən, 6-cı mikrorayon boyunca avtomobil yolunun kənarında mövcud istinad divarlarının istismara yaramayan üzlük hissələri yenilənib, çoxmənzilli binaların təmiri layihəsi çərçivəsində A.Kunanbayev küçəsi 4/17 saylı evin ümumi girişlərində təmir işləri aparılıb, söhbətgahların rәnglәnmәsi, işıq dirəklərin bərpası, binaların girişlərində qismən hərəkət məhdudiyyəti olan insanların rahatlığı üçün quraşdırılmış məhəccər yenidən bərpa edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər