Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans

20 aprel 2013 | 10:00

19 aprel 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans keçirildi.
İlk olaraq tədbir iştirakçıları institutun Heydər Əliyev muzey-lektoriyası ilə tanış oldular. Konfransı giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin təməlinin möhkəmlənməsində məqsədyönlü fəaliyyətinə nəzər saldı. Məhz Heydər Əliyevin uğurlu fəaliyyəti və siyasi xətti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. A.Zamanov bildirdi ki, Ümummilli liderin azərbaycançılıq ideologiyasının əməli tətbiqinin bütün sahələrində uğurlar müşahidə olunur. Hər bir inkişafın əsasında elmin, təhsilin dayandığını bildirən natiq Ulu Öndərin təhsillə bağlı həyata keçirdiyi layihələrin, islahatların nəticəsində Azərbaycanda modern təhsil sisteminin yaradıldığını vurğuladı.
Konfransda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov  “Regionların sosial-iqtisadi inkişafının gəncliyə təsiri” mövzusu ətrafında çıxış etdi. O, bugün regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzalanan Dövlət Proqramına nəzər saldı. Ölkədəki abadlıq-quruculuq işlərinin reallaşdığını yeni infrastrukturun qurulduğunu, təhsil müəssilərində təmir və bərpa işlərinin aparıldığını və bütün bunların gənclərin inkişafına təsirini vurğuladı və bildirdi ki, bu yüksəliş, uğurlar, yeni nailiyyətlər, sıçrayışlar Binəqədi rayununda da öz əksini tapmaqdadır.
Tədbirdə çıxış edən millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov “Gənclərin vətənpərvərlik hissinin formalaşmasında azərbaycançılıq ideologiyası” mövzusunda və ADMİU-nun dövlət kafedra müdiri, professor Nizaməddin Şəmsizadə “Bədii ədəbiyyat azərbaycançılıq ideologiyasının məxəzi kimi” mövzusunda çıxış edərək 20-ci əsrin 69-cu ilindən ölkəmizə rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyevin gənclərin vətənpərvərlik ruhunda böyüməsinə böyük diqqət ayırdığını bildirdilər. Gənclərin bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verildiyi qeyd olundu. Hələ o zamanlar Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan gənclərin sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyur. Bu Heydər Əliyevin təhsil siyasətidir.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan gənclər siyasətinin uğurla həyata keçirilməsinə şərait yaratdı. Qeyd olundu ki, müasir dövrümüzdə gənclər siyasəti, azərbaycançılıq ideologiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər