Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirildi

03 aprel 2017 | 11:00

Aprelin 3-də Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət etdilər.
Daha sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam etdi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak etdi.

Keçidlər