2017-ci ilin birinci rübü ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlar tərəfindən daxil olan müraciətlər haqqında məlumat
2017-ci ilin birinci rübü ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 804 müraciət (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 30 vahid və ya 3,6% az) daxil olub.
Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olmuş vətəndaş müraciətlərindən 628-i ərizə (daxil olmuş müraciətlərin 78,1%-i) və 176-sı (daxil olmuş müraciətlərin 21,9%-i) şikayət olub.
Müraciətlər daha çox 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 150 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 133 müraciət, Biləcəri qəsəbəsi üzrə 131 müraciət, Binəqədi qəsəbəsi üzrə 122 müraciət, 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 77 müraciət, Xocəsən qəsəbəsi üzrə 75 müraciət və 28 May qəsəbəsi üzrə 15 müraciət daxil olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 251 (daxil olmuş müraciətlərin 31,2%-i), Milli Məclisdən 14 (daxil olmuş müraciətlərin 1,7%-i), Nazirlər Kabinetindən 13 (daxil olmuş müraciətlərin 1,6%-i) və digər qurumlardan 99 (daxil olmuş müraciətlərin 12,3%-i) müraciət daxil olub.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2017-i ilin birinci rübü ərzində 886 vətəndaş, o cümlədən, Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 69 vətəndaş qəbul edilib.