Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirildi

04 aprel 2017 | 11:00

4 Aprel tarixində Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət etdilər.
Daha sonra tədbir Binəqədi qəsəbəsi, İsfahani küçəsi 2 ünvanında quraşdırılmış mərasim çadırında davam etdi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak etdilər.
Allah bütün şəhidlərimizə rəhmət etsin.

Keçidlər