Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında rayonda fəaliyyət göstərən bələdiyyələrlə onların maliyyə resuslarının vəziyyəti barədə müzakirə keçirildi

04 aprel 2017 | 11:00

2017-ci il aprelin 4-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə bələdiyyə sədrləri ilə görüş keçirildi.Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və bələdiyyə gəlirləri və yerli vergilər şöbələrinin müdirləri iştirak etdilər.Görüşdə bələdiyyə sədrləri çıxış edərək rəhbərlik etdikləri bələdiyyələrdə mövcud maliyyə durumu,  bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud  olan çətinliklər və problemlər barədə məlumat verdilər.Görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı və təkliflər səsləndirildi.Qeyd edildi ki, hazırda ölkə həyatının bütün sahələrində olduğu kimi, bələdiyyələrdə də işin keyfiyyətinin yaxşılaşdırılması, bələdiyyələrin nüfuzunun artırılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyələrdə idarəçiliyin təkmilləşdirilməsi, bələdiyyə-seçici münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, qanunvericiliyin bazası möhkəmləndirilir, məqsədyönlü həyata keçirilir.  Bu istiqamətdə Binəqədi rayonunda da xeyli işlər görülmüş, bələdiyyələrə keçirilən sonuncu seçkilərdən sonra rayonun bələdiyyələrində xeyli dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir.Bununla belə həmçinin qeyd edildi ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir.İclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının  artırılması məqsədilə təklif və tövsiyələr  səsləndirildi. 

Keçidlər