Şriftin ölçüsü :

Saytın rəngi :

151 saylı körpələr evi-uşaq bağçasında “Sağlam dişlər” adı layihə həyata keçirildi

06 aprel 2017 | 11:00

7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə Binəqədi rayonu 151 saylı körpələr evi-uşaq bağçasında “Sağlam dişlər” adı layihə həyata keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 20 saylı uşaq poliklinikasının şöbə müdiri Kəmalə Məhərrəmova, həkim-stomatoloq Gülzar Əhmədova, 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Venera Xəlilova və bağçanın uşaq kontingenti, ASAN könüllüsü iştirak etdilər. 
151 saylı körpələr evi-uşaq bağçasının müdiri Venera Xəlilova qonaqları salamlayıraq tədbiri  açıq elan etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı 7 aprel – Ümumdünya Sağlamlıq Günü haqqında danışdı. Bildirdi ki, Azərbaycanda səhiyyə sahəsində islahatlar mərhələsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Natiq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bağçada uşaqlarla keçirilən “Sağlam dişlər” layihəsinin məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, uşaqları lap kiçik yaşlarından ağız və dişlərin təmizliyinə diqqət yetirməyə alışdırmaq lazımdır. Bu layihənin keçirilməsində də məqsəd uşaqlarımızın sağlam böyüməsi, gigiyenik qaydalara düzgün riayət olunmasının aşılanmasıdır.
Sonra balacalar üçün “Sağlam dişlər” animasiya filmi nümayiş olundu. Tədbirdə Binəqədi rayonu 20 saylı uşaq poliklinikasının həkim-stomatoloqu Gülzar Əhmədova uşaqlarla söhbət apardı, dişlərə düzgün qulluq qaydalarını izah etdi.
Sonda bağçanın balaca fidanları rəqs nümunələri ilə çıxış etdilər.

Keçidlər