Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirildi

07 aprel 2017 | 11:00

7 Aprel tarixində  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və Ədliyyə Nazirliyinin dəstəyi ilə “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Ədliyyə Nazirliyinin İnzibati Nəzarət idarəsinin əməkdaşı Hafiz Əliyev,  Aparatın şöbə müdiri Elman Dadaşov, YYÇİHM üzrə Komissiyanın məsul katibi Aynur Abbasova, AMEA-nın professoru Rəna Mirzəzadə, “Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda” İctimai Birliyinin rəhbəri Lyudmila Xəlilova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvləri, Rayon bələdiyyə sədrləri, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, din xadimi Rüfət Qarayev, Rayon Qeydiyyat şöbəsinin müdiri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, ictimai birliklərin nümayəndələri, ASAN Könüllüləri, fəal gənclər iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları ailə dəyərlərini özündə ehtiva edən foto-sərgi ilə tanış oldular.
Daha sonra tədbir açıq elan edildi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva təqdimat ilə çıxış etdi. Natiq çıxışında “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən tədbir haqqında ətraflı məlumat verdi və bildirdi ki, bu gün cəmiyyətimizdə bu mövzu olduqca əhəmiyyət kəsb edir.
Sonra çıxış edən natiqlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ədliyyə Nazirliyinin İnzibati Nəzarət idarəsinin əməkdaşı Hafiz Əliyev, AMEA-nın professoru Rəna Mirzəzadə, “Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda” İctimai Birliyinin rəhbəri Lyudmila Xəlilova  bildirdilər ki, belə mövzular ətrafında bu cür tədbirlərin keçirilməsi və maarifləndirmə işləri aparmaq olduqca vacib məsələlərdən biridir. Natiqlər qeyd etdi ki, dahi öndərimiz yaxşı bilirdi ki, cəmiyyətin və dövlətin güclənməsi ailə siyasətinin düzgün həyata keçirilməsi, öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması ilə sıx bağlıdır. Azərbaycan  Prezidenti cənab  İlham Əliyev də  respublikaya rəhbərliyə başladığı ilk gündən ailə institutunun möhkəmlənməsini diqqət mərkəzində saxlayıb. Bu siyasətin daha da gücləndirirlməsi və uğurla həyata keçirilməsi məqsədilə bir sıra layihələr uğurla gerçəkləşdirilib.  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti də Azərbaycanda ailə institutunun mühüm önəm daşımasından xəbər verir. Mehriban xanım Əliyeva çıxışlarının birində “Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olub və olaraq qalır”- deməsi bunun bariz ifadəsidir.
Sonra məruzələr ətrafında din xadimi, Heydər məscidinin axundu Rüfət Qarayev, fəal gənc Sona Quliyeva, Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Aslan  Mehdiyev “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışdılar.
Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Aslan Mehdiyev çıxışını bitirdikdən sonra həyat yoldaşı ilə birlikdə tədbirdə iştirak edən gənc ailəyə (Yeni Azərbaycan Partiyasının üzvü gənc ailə - Şaiq Qəhrəmanov və İradə Haqverdiyeva) tövsiyyələrini bildirərək və onlara simvolik hədiyyələr təqdim etdilər.
Tədbir yekunlaşdıqdan sonra qonaqlar Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbə Bələdiyyəsinin “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırladığı təlimə baxdılar.

 

Keçidlər