Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ümumrayon iməcilikləri keçirildi

08 aprel 2017 | 11:00

Aprelin 8-də Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində 6-cı mikrorayon, “Dendra” parkın ərazisində, 7-ci mikrorayon Fərman Məlikov adına parkda, Z.Bünyadov prospekti (Xutor y/s) yol ətrafında, Bakı-Şamaxı yolunun Xocasən qəsəbəsində, Bakı-Şamaxı yolunun 28 May qəsəbəsindən keçən hissəsində, Fatmai bağlar massivi, “Dalğa” pansionatının ətrafında, Biləcəri və Binəqədi qəsəbəsi ərazilərində ümumrayon iməcilikləri keçirildi.
Keçirilən iməciliklərdə qabaritlərin təmizlənməsi, ağacların budanması, yabanı ağacların kəsilərək götürülməsi, küçədə hasarların rənglənməsi, konteynerlərin yuyulması və rənglənməsi, yol ətrafından tullantıların təmizlənməsi, parkda oturacaqların təmiri və rənglənməsi, ağacların diblərinin yumşaldılması və güllərin əkilməsi işləri həyata keçirildi.

Keçidlər