Şriftin ölçüsü :

Saytın rəngi :

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Binəqədi rayonu üzrə voleybol, basketbol və badminton yarışlarının qalibləri müəyyən olundu

07 aprel 2017 | 11:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Binəqədi rayonu üzrə voleybol, basketbol və badminton yarışlarının qalibləri müəyyən olundu.
“Voleybol” idman növü üzrə 248 №-li tam orta məktəbin komandası birinci yeri, 284 №-li tam orta məktəbin komandası ikinci yeri, 267 №-li məktəb-liseyin komandası üçüncü yeri; “Basketbol” idman növü üzrə 126 №-li tam orta məktəbin komandası birinci yeri, 299 №-li məktəb-liseyin komandası ikinci yeri, 267 №-li məktəb-liseyin komandası üçüncü yeri; “Badminton” idman növü üzrə 102 №-li tam orta məktəbin komandası birinci yeri, 248 №-li tam orta məktəbin komandası ikinci yeri, 276 №-li tam orta məktəbin komandası üçüncü yeri tutdular.
Qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

Keçidlər