Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftənin abadlıq-quruculuq işləri

21 aprel 2013 | 10:00

Həftə ərzində (15-20 aprel) rayon ərazisində 84 ünvanda  su axıntıları olan boruların və 1 nasosxananın təmiri aparılıb, 99 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
A.Şəmkir küçəsində 3 ədəd SİP dayağı, TM-8-TM-15 arası 6 kv-luq  kabel xəttinin yeri dəyişdirilib, Y.Hüseynov küçəsində təmir olunmuş 7 ədəd obyektə yeni xətt çəkilib. Y/St. TM-675-də 6 kv-luq 2 dövrəli hava xəttinin bir hissəsi yeraltı kabel xətti ilə əvəz olunub. TM-675-303 arası yeni XLPE yeraltı kabel xətti çəkilib.  Naxçıvani küçəsi bina 9 TM-89-dan binanın elektrik təchizatı yenidən qurulub. 
Azadlıq prospektində 35 p/m yanmış kabel, 7 ədəd yararsız lampa, Z.Əliyeva adına parkda 10 ədəd yararsız lampa, 7-ci mikrorayonda A.Kunananbayev küçəsində 5 ədəd drossel, 14 ədəd yararsız lampa, Binəqədi şosesində və Biləcəri qəsəbəsində 85 p/m yanmış kabel,19 ədəd yararsız lampa, 276 saylı məktəbin həyətində 10 ədəd yararsız lampa dəyişdirilib.
Binəqədi QİS ərazisində 1452 p/m qaz xətti çəkilib, 8610 p/m qaz xətti boyanıb, 389 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
205, 230, 231, 253, 298, 337 və 338 saylı qazanxanalarda qoruyucular, süzgəclər, qazanlar və çirktutanlar təmizlənib və təmir edilib. 
H.Babaşov 5 və M.Cəlal 141 saylı binaların istilik xəttində d-57mm 7 p/m, d-89mm 9 p/m boru bərpa edilib. 7-ci və 8-ci mikrorayon ərazilərində binaların 124 girişlərində təmir işləri davam etdirilir.
9-cu mikrorayon ərazisində həyətlərin işıqlandırılması üçün 70 ədəd dirək quraşdırılıbr, 98 ədəd dirək üçün yer hazırlanıb.
45 p/m kanalizasiya  və 22 p /m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Həftə ərzində 6-cı mikrorayon ərazisində binaların damlarında 1350 m2 yumşaq dam örtüyü təmir edilib.

Keçidlər