Binəqədi rayonunda əhalinin icbari tibbi müayinəsi uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb.
Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər.
Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir.
12 aprel tarixində Binəqədi rayonu, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin geniş şəkildə tibbi müayinəsi təşkil edildi. Tibbi müayinə zamanı rayonun sakinləri müxtəlif tibbi müayinələrdən keçdi və onlara göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Binəqədi rayonunda ümumilikdə 18 yaşından yuxarı əhalinin sayı 200300 nəfər təşkil edir.
12 aprel tarixinə olan məlumata görə 91965 (46%) nəfər rayon sakini tibbi müayinədən keçmişdirlər.