Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi mövzusunda məlumat saatı keçirildi

13 aprel 2017 | 11:00

13 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalında “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri  və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.  
Məlumat saatının ilk hissəsində Azərbaycan Respublikası Prezidentinin qəbulları, görüşləri, səfərləri, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barəsində məlumat verildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda keçirilən məlumat saatının proqramı haqqında məlumat verdi və bu cür mövzuların əhəmiyyətini diqqətə çatdırdı.
Daha sonra Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Strateji yol xəritəsi və onun məqsədləri, Telekommunikasiya və informasiya texnologiyaları üzrə mövcud vəziyyət, Telekommunikasiya bazarının formalaşdırılması və inkişafının təmin edilməsi, İKT üzrə strateji məqsədlərə nail olunması, Maliyyələşdirmə mexanizmləri mövzuları ətrafında çıxış edərək iştirakçılara məlumat verdi.
Çıxışdan sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi.
Məlumat saatı başa çatdıqdan sonra Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələri ilə ayrı-ayrılıqda tanış oldu və qonağa şöbələr haqqında geniş məlumat verildi.

Keçidlər