Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Qəsəbə bələdiyyəsində görüş keçirildi.

13 aprel 2017 | 11:00

13 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və Binəqədi Rayon İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar Binəqədi rayonu Binəqədi Qəsəbə bələdiyyəsində olmuşlar.   
   Bələdiyyənin əməkdaşları ilə keçirilən görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi siyasətdən bəhs edilmiş, Strateji Yol Xəritələri və digər strateji əhəmiyyətli sənədlərin icrası və qeyri - neft sektrounun inkişaf etdirilməsi ilə əlaqədar görülməkdə olan işlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda görüşdə Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il aprelin 4-də bələdiyyə sədrləri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi tövsiyələrlə əlaqədar bələdiyyə əməkdaşlarına məlumat verilmiş, bələdiyyənin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edilmiş, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və başqa məsələlər barədə metodik tövsiyələr verilmişdir.
Bununla yanaşı, keçirilən görüşdə bələdiyyədə şöbələrarası koordinasiyanın gücləndirilməsi, bələdiyyənin İctimai-humanitar sektorunun iş aspektinin genişləndirilməsi, yerli vergilərin və rüsumların yığılması sahəsində məlumatlandırma və təbliğat-təşviqat işlərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər