Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbə sakinləri ilə səyyar görüş keçirildi

20 aprel 2013 | 10:00

2013-cü il aprel ayının 19-da  Biləcəri qəsəbəsində, Yəhya Hüseynov küçəsi 85 ünvanında yerləşən əhalinin mədəni-kütləvi tədbirlər evində  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 220 nəfər rayon sakini iştirak edirdi.
  Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
  Qəsəbə sakinlərindən Əjdər Eyvazov, Ağalar Hüseynov,  Rövşən İbrahimov, Anaxanım Əliyeva, Valeh Əliyev və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
  Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər