Şriftin ölçüsü :

Saytın rəngi :

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı 158 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirildi

14 aprel 2017 | 11:00

14 aprel 2017-ci il tarixində IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirildi. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, YAP Binəqədi rayon Təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, YAP Binəqədi rayon Təşkilatının gənc fəalı, ASAN könüllüsü, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər. 
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, YAP Binəqədi rayon Təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti barədə danışdılar. Vurğulandı ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində rayon ərazisində bir sıra tədbirlər həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələri ilə birgə həyata keçirilən ilk tədbir isə 158  saylı körpələr-evi uşaq bağçasındadır.
Rəsmi hissədən sonra IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunduğunu nəzərə alaraq, bağçanın balaca fidanları tədbirə su səhənginin gətirilməsi ilə başladılar. Sonra bağçanın uşaqları arasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müxtəlif idman növləri üzrə yarışlar keçirildi. Yarışların qalibləri mükafatlandırıldı.

Keçidlər