Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “2017- İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirildi

18 aprel 2017 | 11:00

Aprelin 18-də 83 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşları Samir Yoldaşov və Amal Məlikov və məktəbin müəllim, şagird kollektivi iştirak etdi.
Tədbirin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin istehsal etdiyi “Fitnə” filmi nümayiş olundu. Daha sonra ekspertlər sənədli filmdə əks olunmuş aktual məsələlər barədə məktəbliləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi apardı.
Tədbir zamanı Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, tarixi abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması və s. bu kimi dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verildi, eyni zamanda xalqımızın milli - mənəvi dəyərlərinin təbliği və vətəndaşlarımızın sosial rifahı sahəsində ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun müstəsna xidmətləri barədə gənclər maarifləndirildi.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparıldı.

Keçidlər