Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 8-ci üzvləri ilə görüş keçirildi.

18 aprel 2017 | 11:00

 18 aprel  tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 8-ci qrupunun üzvləri ilə görüş keçirilmişdir.
  Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə  tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir.
   Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul etmiş və natiq görüş zamanı  bildirmişdir ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu olduqca böyükdür və siz  gənclərin bu işə könüllü qoşulmasını isə olduqca əhəmiyyətlidir.  Natiq onu da qeyd edibdir ki, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsi sevdirici haldır  və onlara bu işdə uğurlar diləyibdir.
  Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülmüşlər.

Keçidlər