Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar Qobustan Dövlət Tarixi və Bədii Qoruğuna ekskursiyası təşkil edildi.

18 aprel 2017 | 11:00

Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorun təşkilatçılığı və iştirakı ilə 18 aprel 2017-ci il tarixdə “Beynəlxalq abidələr və tarixi yerlər  günü”  ilə əlaqədar Qobustan Dövlət Tarixi və Bədii Qoruğuna  Biləcəri qəsəbəsində yerləşən  284, 297, 299 saylı  tam orta məktəb  şagirdlərinin iştirakı ilə birgə ekskursiyası təşkil edilmişdir.
Ekskursiyaya gəlmiş məktəb şagirdlərinə dövlətimizin muzeylərə, tarixi abidələrə və qoruqlara göstərdiyi diqqətdən danışılmış, Ulu Öndər Heydər Əliyevin hələ sovet illərindən hər zaman xalqımızın tarixinin yaşaması üçün daim mübarizə apardığı qeyd edilmiş, müstəqillik illərində də xalqımızın milli-mənəvi dəyərlərinə göstərdiyi diqqət və qayğı nəzərə çatdırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin muzeylərin, qoruqların və tarixi abidələrin yaşadılması, yenidən bərpası üçün göstərdiyi dövlət və şəxsi qayğısından bəhs edilmişdir.
Muzey bələdçisi Qobustanın tarixi, eləcə də muzeydəki  ekspanatlar və açıq səma altındakı abidələr barədə şagirdləri ətraflı məlumatlandırdı. Qobustan unikal qayaüstü rəsmləri ulu əcdadlarımızın yaşadığı gerçəkliyə və mühitə baxışını, həyat şəraitini, ibtidai inanclarını əks etdirir. Bu möcüzəli qayalar ərazini yalnız qədim insan məskəni kimi deyil, həm də Azərbaycan xalqının ən qədim dövrlərə aid tarixini öyrənmək baxımından qiymətli mənbədir. Kəşf olunduğu gündən tədqiqatçıların diqqət mərkəzində olan bu heyrətamiz təsvirlər uzaq keçmişimizin çox maraqlı bir səhifəsidir.
Səfər əsnasında şagirdlər onları maraqlandıran qaya üstü rəsmlər və eləcə də arxeolojı qazıntılar nəticəsində tapılmış əşyalarla maraqlanaraq çay süfrəsi ətrafında gördüklərini maraqla müzakirə etdilər.
Ekskursiya məktəb şagirdlərində xoş təssürratlar yaratdı.

Keçidlər