Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 244 №-li tam orta məktəbin komandası Bakı şəhər çempionatında birinci yeri tutmuşdur.

18 aprel 2017 | 11:00

Binəqədi rayonu 244 №-li tam orta məktəbin komandası 12 aprel 2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yaz çağırışına həsr olunmuş “Marş irəli” devizli Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında birinci yeri tutub.
18 aprel 2017-ci il tarixdə 244 №-li tam orta məktəbdə qalib komandanın mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Binəqədi rayonu 244 №-li tam orta məktəbin direktoru Yəhya Abbasov, qalib komandanın üzvləri iştirak etmişlər.
Çıxış edən natiqlər keçirilən yarışın gənclərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu vurğulamış, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik edərək onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonra qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.
Qeyd edək ki, qalib komandamız yarışın 26 aprel 2017-ci il tarixdə Mingəçevir şəhərində keçiriləcək Respublika mərhələsində Bakı şəhərini təmsil edəcək. Komandamıza yarışda uğurlar diləyirik.

Keçidlər