Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Xocasən və 28 May qəsəbələrinin sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirildi

21 aprel 2017 | 11:00

2017-ci il aprelin 21-də Xocasən bələdiyyəsinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Xocasən və 28 May qəsəbələrinin sakinləri ilə  “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu  keçirildi.
Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.
Qəsəbələrin sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər