Rayonun mədəni kütləvi tədbirlərində yaxından iştirak edən məktəblərin 1 qrup şagirdinə təşəkkür elan edilmişdir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2017-ci il tarixli sərəncamı ilə rayonun mədəni kütləvi tədbirlərində yaxından iştirak edən məktəblərin 1 qrup şagirdinə təşəkkür elan edilmiş, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə 115 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Cəfərova fəxri fərmanla təltif edilmişdir. Bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov 115, 179 və 182 nömrəli tam orta məktəblərdə keçirilən görüşlərdə iştirak etmişdirlər.
E.Dadaşov istedadlı şagirdlərin vaxtında aşkarlanması, dəstəklənməsi və yaradıcılıq potensiallarının inkişaf etdirilməsindan danışaraq, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə məktəb rəhbərliyinə və tədbirlərdə fəal iştiraklarına görə şagirdlərə Rayon İcra Hakimiyyəti başçısının təşəkkürünü çatdırdı.
Görüşdə çıxış edən müəllim və şagirdlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.