Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Radikalizm və terrorizmə qarşı mübarizədə gənclərin rolu” adlı tədbir keçirildi

25 aprel 2017 | 11:00

Binəqədi rayonunda Mərkəzi Mədəniyyət Evində “2017- İslam Həmrəyliyi İli” çərçivəsində “Radikalizm və terrorizmə qarşı mübarizədə gənclərin rolu” adlı tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Samir Yoldaşov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin rəisi Valeh Əliyev və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin məsul əməkdaşı Namiq Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şabala Əliməmmədov, rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin sədrləri, 179, 182 və 205 nömrəli orta məktəblərin müəllim, şagird kollektivi iştirak etdi.
   Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov tədbir haqqında geniş məlumat verdi və bildirdi ki, cəmiyyətimiz üçün aktuallıq kəsb edən məsələlər ətrafında və cənab Prezidentimizin vətəndaşların sosial rifahına və ölkəmizin inkişafına xidmət edən dövlət siyasəti barədə gənclərin maarifləndirilməsinə xüsusi yer verilməsi daim diqqət mərkəzindədir. Bu cür tədbirlərin davamlı olacağını bildirən natiq gənclərimizin daim dövlətimiz naminə həmrəy olmağa dəvət etdi.
   Daha sonra çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Samir Yoldaşov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin rəisi Valeh Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin məsul əməkdaşı Namiq Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şabala Əliməmmədov mövzu ətrafında gənclərə geniş məlumat verdilər və bildirdilər ki, gələcək gənclərin əlindədir. Cəmiyyətimizin sağlam olması üçün gənclər yaxşı təhsil almalı və dövlətimizə daim bütün işlərdə dəstək olmalıdırlar. Natiqlər çıxışlarında bildirdilər ki, bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün  dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub.
   Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı və tədbir  diskussiya şəkilində davam etdirildi.

Keçidlər