Şriftin ölçüsü :

Saytın rəngi :

“Magic House” körpələr evi-uşaq bağçasında “Sağlam dişlər” adı layihə həyata keçirildi

25 aprel 2017 | 11:00

Binəqədi rayonu “Magic House” körpələr evi-uşaq bağçasında “Sağlam dişlər” adı layihə həyata keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, “Magic House” körpələr evi-uşaq bağçasının müdiri Şəlalə Qarayeva, həkim-stomatoloq və bağçanın uşaq kontingenti iştirak etdi. 
“Magic House” körpələr evi-uşaq bağçasının müdiri Şəlalə Qarayeva qonaqları salamlayaraq tədbiri  açıq elan etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bağçada uşaqlarla keçirilən “Sağlam dişlər” layihəsinin məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, uşaqları lap kiçik yaşlarından ağız və dişlərin təmizliyinə diqqət yetirməyə alışdırmaq lazımdır. Bu layihənin keçirilməsində də məqsəd uşaqlarımızın sağlam böyüməsi, gigiyenik qaydalara düzgün riayət olunmasının aşılanmasıdır.
Sonra balacalar üçün “Sağlam dişlər” animasiya filmi nümayiş olundu. Tədbirdə Binəqədi rayonunun həkim-stomatoloqu uşaqlarla söhbət apardı, dişlərə düzgün qulluq qaydalarını izah etdi.
Sonda bağçanın balaca fidanları rəqs nümunələri ilə çıxış etdilər.

Keçidlər