Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda abadlıq işləri davam etdirilir

26 aprel 2017 | 11:00

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində 25 və 26 aprel tarixlərində Binəqədi rayonunun qəsəbə və mikrorayonlarında Tədbirlər Planına əsasən abadlıq-quruculuq işləri davam etdirilib.
Bütün qəsəbə və mikrorayonlarda təmizlik işləri aparılır, o cümlədən,  məhəllədaxili parklarda oturacaqlar, söhbətgahlar təmir edilərək rənglənir. “Dərnəgül” metro stansiyasının ətrafında әsaslı tәmir işlәri aparılır, yeni asfalt örtüyünün çəkilməsi davam etdirilir.  Eyni zamanda çoxmənzilli binaların təmir edilməsinə dair tədbirlər planına əsasən  F.Məlikov küçəsi 1 saylı evin ümumi istifadə yerlərində (girişlərdə) təmir işləri aparılır.
Eyni zamanda, Bakı Tennis Akademiyasına gedәn yolun sağ vә sol hissәsindә İ.Dadaşov küçәsi 71 saylı binanın qarşısında yaşıllıq zonasının әtrafında sәki divarları, bordürlər cari tәmir edilərək, yenisi ilə əvəz edilir.

Keçidlər