Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Çernobıl faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirildi

26 aprel 2017 | 11:00

26 aprel 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 31-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Rauf Həsənov, ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayev, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin üzvləri, İctimai birliklərin sədrləri, ASAN Könüllüləri, fəal gənclər iştirak etdilər.
Tədbir vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat verdi və faciənin tarixi haqqında çıxış edərək bu gün  dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı. Natiq çıxışında bildirdi ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.
Daha sonra çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov,  Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev, Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs etdilər. Natiqlər çıxışlarında  faciə nəticəsində 7 minə yaxın insanın tələf olduğunu, 25 mindən çox insanın ömürlük şikəst olduğunu və on minlərlə insanın sonsuz qaldığını qeyd etdilər.
Tədbirin sonunda Çernobıl faciəsi səbəbindən dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə şəfa dilədilər.

Keçidlər