Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi

24 aprel 2013 | 10:00

2013-cü il aprelin 23-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov 2013-cü ilin birinci rübü ərzində əldə olunmuş uğurlardan, aparılmış quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdan danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdiyini diqqətə çatdırdı. Respublikamızın hər yerində olduğu kimi Binəqədi rayon ərazisində də abadlıq-quruculuq işləri davamlı olaraq aparıldığı qeyd edən cənab Xaləddin İsgəndərov, əhalinin iqtisadi, sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini vurğuladı. Bununla belə, rayon ərazisində problemlərin mövcud olduğunun bildirən rayon rəhbəri onların həlli istiqamətində məqsədyönlü işlərin görüldüyünü dedi.
Tədbirdə 2013-cü ilin birinci rübünün yekunları ilə bağlı hesabat məruzsəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov  bildirdi ki,  Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 2013-cü il ərzində daha böyük uğurlara imza atacağına əsas verir. Məruzəçi birinci rüb ərzində rayon ərazisində görülən işlərə nəzər salaraq bildirdi ki, sənaye sahəsində 2013-cü ilin yanvar-mart aylarında 32 milyon 979 min manatlıq və ya keçən keçən ilin müvafiq dövründən 0,2 % çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov   2013-cü ilin yanvar-mart aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 459 min manat məbləğindən investisiya yönəldiyini qeyd edərək, onlardan 259 min manatının tikinti-quraşdırma işlərinə sərf edildiyini bildirdi.
Nəqliyyat sektoruna gəlincə isə o, fəaliyyət göstərən müəssisələr tərəfindən 5 milyon 802 min manat həcmində xidmət göstərildiyini və bununda əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7 % artım müşahidə olunduğunu qeyd etdi.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlərin əldə edildiyinə nəzər salan məruzəçi hesabat dövründə istehlak bazarının dinamik inkişaf etdiyini iclas iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 153 milyon 316 min manatlıq istehlak malları satılmışdır. 2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə, pərakəndə əmtəə dövriyyəsinin həcmi 3 milyon 256 min manat artıb.
Əhaliyə göstərilən pullu xidmətlərin həcminə gəlincə isə o, bunun 59 milyon manat təşkil etdiyini bildirdi. Bu da 2013-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən xidmətlərin  21,5 %-i dövlət müəssisələrinin payına düşüb.
Birinci rüb ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 3,8 % artaraq, 346,6 manata çatıb. Əhalinin sosial rifahının, həyat tərzinin yüksəldilməsi istiqamətindəki uğurları statistik rəqəmlərə əsasən, nəzərə alınmaqla çatdırılmaqla yanaşı, təhsildə, səhiyyədə, telekomunikasiya və digər istiqamətdə olan nailiyyətləri vurğulandı.
Sonra məruzə ətrafında çıxış edən “VAQA” LTD firmasının rəhbəri Yusif Ağayev, Məlikov adına 6 saylı Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi Nəriman Məmmədov, Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev rayon ərazisində uğurla həyata keçirilən sosial-iqtisadi inkişafdan danışaraq sakinlərin həyat rifahının yüksəlməsinin qeyd etdilər.
Sonda şura iclasının qərar layihəsi oxundu və qəbul edildi.
Hesabat iclasında Milli Məclisin üzvləri -  Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.

Keçidlər