Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti” mövzusunda seminar keçirildi.

27 aprel 2017 | 11:00

    27 aprel 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Məlumat saatı” keçirilmişdir.
    Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Marketinq İdarəsinin rəisi, Milli Paralimpiya və Xüsusi Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Mehman Kərimov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, bələdiyyələr, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə, təşkilat və müəssisələrin əməkdaşları iştirak etmişlər.Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, “bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı beynəlxalq tədbirlər, idman yarışları keçirilir. Bu yarışlar istər təşkilatçılıq və icra, istərsə də yarışlarda idmançılarımızın qazandığı nailiyyətlər baxımdan müstəqillik tariximizdə xüsusi yer tutur. IV İslam Həmrəyliyi Oyunlarının da mükəmməl şəkildə həyata keçirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda ciddi işlər görülmüşdür”.Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova  13-26 aprel 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər, qəbullar, iştirak etdiyi tədbirlər, imzaladığı Sərəncamlar və Fərmanlar barədə məlumat verdi. “Məlumat saatı”nın ikinci hissəsində Milli Olimpiya Komitəsinin Marketinq İdarəsinin rəisi Mehman Kərimov “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti” mövzusunda təqdimatla çıxış etdi.Məruzəçi eyni zamanda, ölkəmizdə keçirilən mühüm beynəxalq tədbirlərin multikulturalizm töhfə olduğu və bəşər övladının dinindən irqindən asılı olmayaraq qardaş və bərabər olduğunu nümayiş etdirən bir ictimi-siyasi mesajdır deyə vurğulamışdır. O eyni zamanda Prezident İlham Əliyevdən sitat gətirərək bildirmişdir ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşadığını, heç vaxt milli və dini zəmində problemlər yaranmadığını, İslam dininin dosdluq dini olmasını bildirdi. Beləliklə, dünyada daha bir tolerantlığın təşviqi nümunəsi olan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi sülhə və əməkdaşlığa mühüm bir təşəbbüs olmasını bildirmişdir. Oyunlara indiyədək görünməmiş – maksimal sayda üzv dövlətlər təşkil edir. Bu vaxta kimi keçirilən İslam Həmrəyliyi oyunlarına bu qədər ölkə qatılmamışdır deyə vurğulamışdır. İdmançılar, qonaqlar üçün yüksək səviyyəli, hər cür şərait yaradılıb. Həmçinin məruzəçi İslam Həmrəyliyi oyunlarının təkcə idman tədbiri deyil, böyük siyasi, mədəni tədbir olmasından geniş danışdı.
    Azərbaycan İslam Həmrəyliyi oyunlarını keçirməklə təkcə regionda deyil eyni zamanda islam ölkələri arasındada böyük nüfuza sahib olduğunu gösdərmiş oldu. Bundan öncə Avropa Oyunlarını keçirmiş olan Respublikamız İslam Həmrəyliyi Oyunlarina ev sahibliyi etməklə dünya dövlətləri arasında böyük nüfuzunu gösdərmiş olmasından geniş danışdı.

Keçidlər