Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrdə “Yerli (bələdiyyə) vergilər və ödənişləri”, “Bələdiyyələrin maliyyəsinin əsasları” mövzusunda maarifləndirmə tədbirləri keçirildi

27 aprel 2017 | 11:00

2017-ci il aprelin 26 və 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Binəqədi rayon, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbə və Xocasən bələdiyyələrində “Yerli (bələdiyyə) vergilər və ödənişləri”, “Bələdiyyələrin maliyyəsinin əsasları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olundu.
Vergilər Nazirliyinin əməkdaşları Baş dövlət vergi müfəttişi Samir Məmmədovun, Dövlət vergi müfəttişi Elvin Məcidovun və Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə ayrı-ayrı bələdiyyələrdə keçirilən tədbirlərdə bələdiyyə vergiləri və rüsumlarının yığımına cavabdeh şəxslər dinlənildi, mövcud problemlər araşdırıldı. 
İşgüzar  və qarşılıqlı dialoq şəklində keçən tədbirlərdə  bələdiyyələrdə yerli  vergilərin və ödənişlərin yığılmasını daha yaxşı təşkil etmək məqsədi ilə əhali arasında marifləndirmə işinin təşkili və vergi uçotunun düzgün qurulması istiqamətlərində müvafiq tövsiyələr verildi.

Keçidlər