Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrdə yaradılan “İctimai-humanitar” sektorlarla görüş keçirildi

28 aprel 2017 | 11:00

28 aprel tarixində Bələdiyyələrdə yaradılan “İctimai-humanitar” sektorların rəhbərləri ilə növbəti görüş  keçirildi.
Keçirilən görüşdə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, şöbənin baş məsləhətçisi Leyla Kərimova, İctimai-humanitar sektorların rəhbərləri iştirak etdilər.
İlk öncə iclası açıq elan edən Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın davam etdiyini bildirdi. Natiq həmçinin “İctimai-humanitar” sektorların fəaliyyətlərinin genişləndirilməsi məsələsinə də toxunaraq ikinci rübdə həyata keçirilən fəaliyyət istiqamətləri barəsində də məlumat verdi.
Daha sonra çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova sektorlar tərəfindən ikinci rübdə həyata keçirilən tədbirlər planı haqqında geniş məlumat verdi, o cümlədən, bələdiyyələrin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlərin aradan qaldırılması istiqamətində maarifləndirici, təbliğat xarakterli tədbirlərin, görüşlərin və layihələrin həyata keçirilməsi məsələsi haqqında məlumat verdi və bildirdi ki, sektor bu istiqamətdə fəaliyyətini genişləndirməlidir.
Sonra İctimai-humanitar sektorun rəhbərləri 2017-ci ilin ikinci rübü üzrə həyata keçirəcəkləri layihələr haqqında çıxış etdilər.
Ümumillikdə, keçirilən görüşdə rayonda son illər ərzində görülən işlər, həyata keçirilən layihələr, İctimai-humanitar sektorun fəaliyyət istiqamətinin genişləndirilməsi, dini radikalizm və ekstremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin keçirilməsi  istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı.

Keçidlər