Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Böyük ömrün dastanı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

28 aprel 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 aprel 2017-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun sədaqətli ömür-gün yoldaşı, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Böyük ömrün dastanı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Əvvəlcə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva məktəblilər qarşısında çıxış edərək ümummilli lider Heydər Əliyevin və Zərifə xanımın həyat yolunun gənclər üçün nümunə olduğunu vurğuladılar. Bildirdilər ki, müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad etmək və istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. 
İştirakçılar müsabiqənin Əsasnaməsi ilə tanış edildikdən sonra müsabiqəyə start verildi.
İnşalar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılır, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılır.

Keçidlər