Respublika Qadınlarının IV Qurultayına nümayəndələrin seçilməsi ilə bağlı rayon konfransı keçirildi
2013-cü il aprelin 24-də Binəqədi Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Respublika Qadınlarının IV Qurultayına nümayəndələrin seçilməsi ilə bağlı rayon konfransı keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə qadınların xüsusi yeri olduğunu diqqətə çatdırdı. Qadınlarımızın bu gün cəmiyyətin həyatında mühüm rol oynaması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsi olduğu, müəyyən olunmuş dövlət siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkə rəhbərinin qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyi vurğulandı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişafında Azərbaycan qadınlarının müstəsna rolunu qeyd etdi.
Sonra çıxış edənlər – 83 saylı məktəb-liseyin direktoru Yaqut Sadıqova, 20 saylı uşaq poliklinikasının baş həkimi Xuraman Hüseynova, Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Zivər Abbasova və Rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova qadınların cəmiyyətin hər bir sahəsində fəal iştirak etdiklərini və ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət yetirdiyini söylədilər.
Tədbirin sonunda Respublika Qadınlarının IV Qurultayında iştirak edəcək nümayəndələrin siyahısını səsləndirildi.