Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin aprel ayında daxil olan müraciətlər haqqında hesabat

05 may 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və  sürətli komunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
2017-ci il aprel ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı - 3307, birbaşa cavablandırılmış zənglərin sayı – 2603,  yaradılmış əks əlaqələrin sayı – 852, günlük orta zəng sayı - 110, tərtib edilmiş şikayət vərəqələrinin sayı –704 olmuşdur.
Şikayət xarakterli müraciətin 704-nün icrası təmin edilmiş, o cümlədən 566-sı və ya 80,4 %-i tam həll olunmuş, 80-ni və ya 11,4 %-i qismən həll edilmiş, 58-i və ya 8,2 %-nə müvafiq izahat verilərək həll edilmişdir.
Aprel ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  444-ü və ya 63,1 %-i qaz təchizatı, 170-i və ya 24,1 %-i su-kanalizasiya, 27-si və ya 3,8 %-i lift problemləri, 25-i və ya 3,6 %-i sakinləri narahat edən digər məsələlər, 10-u və ya 1,4 %-i istilik təchizatı, 10-u və ya 1,4 %-i elektrik təchizatı ilə bağlı, 10-u və ya 1,4 %-i məişət və tullantılar ilə əlaqədar, 4-ü və ya 0,6 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 4-ü və ya 0,6 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olmuşdur. Xidmətə daxil olan təşəkkürlərin sayı isə 29 olmuşdur

Keçidlər