158 saylı körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
4 may 2017-ci il tarixində Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının gənc fəalı, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər.
Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət olduğunu vurğuladılar. Ulu öndərin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı mühüm addımlardan bəhs olundu, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıldı.
Sonra bağçanın balaca fidanlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Balacalar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər dedilər, mahnılar oxudular və rəqs etdilər.