Binəqədi rayonunda "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirildi
5 may 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibatı binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirildi.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov açaraq giriş nitqi ilə çıxış etdi.
Sonra Kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış etdi.
Daha sonra Binəqədi rayon bələdiyyəsiniun sədr müavini Sabir Həsənov, Rayon 16 saylı köməkçi Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Sadıxov və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev çıxış edərək rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlıq ilə əlaqədar görülən işlər barədə hesabatlarını təqdim etdilər.
Eyni zamanda çimərlikdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İctimai əsayişin qorunması şöbəsi profilaktik iş üzrə baş inspektoru Seyfəddin Ağayev məlumat verdi.
Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və Fövqəladə Bakı Regional Mərkəzinin idarə rəisi Vaqif Teymurov Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görülməsi, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi işinin təşkilinin prioritet məsələ olduğunu xüsusi ilə qeyd etdilər.