Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəblilərinin mükafatlandırılması mərasimi keçirildi

08 may 2017 | 11:00

8 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun sədaqətli ömür-gün yoldaşı, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Böyük ömrün dastanı” mövzusunda keçirilən inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, 179 və 298 nömrəli tam orta məktəblərin direktorları Almaz İsmayılova, Şaiqə Hüseynova, inşa-yazı müsabiqəsinin qalibləri, fərqlənən şagirdlər və qalib məktəblərin tədris işləri üzrə direktor müavinləri iştirak etdi.
Əvvəlcə tədbir iştirakçıları Bilik Fondunun inzibati binası ilə tanış oldular. Sonra Fondun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarını salamladı, müsabiqə qaliblərini təbrik edərək onlara təhsildə uğurlar dilədi. Çıxış edən natiqlər - Qüdsi Bayramov, Rauf Həsənov və Sevinc Abdullayeva ümummilli lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın nümunəvi həyat yolundan danışaraq, onların tarixi xidmətlərinin daim xalqımızın yaddaşında yaşayacağını nəzərə çatdırdılar.
Tədbir qaliblərin mükafatlandırılması ilə davam etdirildi.
İnşa-yazı müsabiqəsi 28 aprel 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində keçirildi. İnşa-yazıları Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılmışdır.
Müsabiqənin nəticəsinə görə 301 nömrəli tam orta məktəbin IX “a” sinif şagirdi Quliyev Aqil Cahangir oğlu birinci yerə, 179 nömrəli tam orta məktəbin 10 “b” sinif şagirdi Abbaszadə Ülkər Seyfəddin qızı ikinci yerə, 298 nömrəli tam orta məktəbin 11 “b” sinif şagirdi Cəfərov Murad Müşfiq oğlu üçüncü yerə layiq görüldülər.

Keçidlər