Binəqədi Mərkəzi Mədəniyyət Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi
10 may 2017-ci tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına güllər qoyuldu.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov tədbir iştirakçılarını salamlayıb ön söz söylədikdən sonra sözü yaradıcı kollektivin üzvlərinə verdi.
Poeziya dərnəyinin və A.Qurbanov adına Xalq teatrının üzvləri "Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!" adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbirdə "Qönçə" instrumental ansamblının və "Pöhrə" rəqs qrupunun üzvləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.