Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər” mövzusunda seminar keçirildi

11 may 2017 | 11:00

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin Vergi qanunvericiliyi şöbəsinin baş dövlət vergi müfəttişi Samir Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, Yeni Azərbaycan Partiyasının fəal üzvləri iştirak etdilər.Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, bu gün Azərbaycan Vergi siyasətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müsbət işlər görülüb. Natiq bildirdi ki, ölkənin vergi sistemi, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin formaları, qanunvericiliyin pozulmasına görə məsuliyyət qaydaları həmin ölkənin vergi qanunvericiliyi ilə müəyyən edilir.Sonra 4-11 may 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər, qəbullar, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə məlumat verildi.“Məlumat saatı”nın ikinci hissəsində Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin Vergi qanunvericiliyi şöbəsinin baş dövlət vergi müfəttişi  Samir Məmmədov “Vergi Məcəlləsinə  edilmiş dəyişikliklər” mövzusunda təqdimatla çıxış etdi. Natiq o cümlədən, Binəqədi rayon bələdiyyələrinin vergi sahəsində gördükləri işlərdən söhbət açaraq bu sahədə olan çətinliklər, proqnozlaşdırma ilə bağlı məsələləri də diqqətə çatdırdı.Məruzəçi bildirmişdir ki, vergilər dövlət büdcəsinin gəlir hissəsinin böyük bir hissəsini təşkil etdiyindən onun düzgün planlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Dövlət vergi planlaşdırılmasının qarşısında duran əsas vəzifə qanunvericilik qaydasında qəbul edilmiş vergi konsepsiyası çərçivəsində büdcə gəlirlərinin vergi mənbələrinin iqtisadi cəhətdən əsaslandırılması olduğunu bildirmişdir.Eyni zamanda Vergilər Nazirliyi ilə birlikdə bu məsələlər ilə bağlı Binəqədi bələdiyyələri ilə maarifləndirici görüşlərin keçirildiyi və görüşlərin davamlı olacağı bildirildi.Məruzəçi dövlət və korporativ vergi planlaşdırmasının mahiyyətini açıqlamış, korporativ vergi planlaşdırmasının mərhələləri, metodları, onun təşkili məsələlərindən bəhs etmişdir. Vergi ödənişlərinin planlaşdırılması prosesində vergi ödəyicilərinin planlaşdırılması məqsədləri üçün müəssisənin uçot və müqavilə siyasəti, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərindən istifadə imkanlarını təhlil etmişdir.Xarici iqtisadi fəaliyyət zamanı beynəlxalq vergi aplanlaşdırmasının tətbiqi mexanizimlərinə, beynəlxalq ikiqat vergitutma və onun tənzimlənməsi üsullarından məruzəçi geniş danışmışdır.Həmçinin iqtisadi proqnozlaşdırma və onun metodlarından, vergi daxil olmalarının proqnozlaşdırılması prosesindən bəhs edilmiş, müxtəliv növ vergilərin proqnozlaşdırılması üsullarına baxılmış, vergi potensiaının qiymətləndirilməsi metodlarından danışılmışdır. Təqdimatdan sonra seminarda vergi ilə bağlı verilən suallar cavablandırıldı.

Keçidlər