Şriftin ölçüsü :

Saytın rəngi :

17 sentyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

22 sentyabr 2024 | 15:48

17 sentyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 298 saylı tam orta məktəbin həyətində 1ədəd şam ağacının budanması, A.Zeynallı küçəsi 1/A ünvanında yerləşən binanın qarşısında avtobus dayanacağında qeyri-qanuni quraşdırılmış oyun aparatının götürülməsi, A.Zeynallı küçəsində kanalizasiya xəttinin yuyulması, Yəhya Hüseynov, Rəşid İsmayılov, Əhməd Qasımov küçələrində piyada zolağlarının yenilənməsi, A.Zeynallı küçəsində aşma təhlükəsi olan qurumuş ağacın götürülməsi, Dərbəndqala küçəsində yerləşən qəbiristanlığın hasarının rənglənməsi, Ordubadi küçəsi, 2-ci döngəyə asfalt örtüyünün çəkilməsi, Y.Hüseynov küçəsində yerləşən istirahət parkında  sahibsiz heyvanların yığışdırılması, Firdovsi Vəliyev küçəsində  yerləşən marketdə ABB bankomatının quraşdırılması, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllənin həyətində abadlıq işlərinin aparılması, 284 saylı tam orta məktəbin qarşısının asfalt örtüyünün bərpası, 284 saylı tam orta məktəbin yaxınlığında ət satışı məntəqəsində sanitar vəziyyətin yaxşılaşdırılması, X.Məlikaslanov küçəsində dayanacaqların quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər